Rusiyaya toplanan 87 dünya gözəli Moskva gəzintisinə çıxıb.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, “Kainat gözəli” adı uğrunda mübarizə aparan qızlar Kreml sarayını və Böyük Teatrı gəziblər.
Qeyd edək ki, bəstəkar-müğənni Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən müsabiqənin finalı noyabrın 5-i və 9-da baş tutacaq.
“Krokus Siti Holl”da keçiriləcək konkursda Azərbaycanı “Miss Azerbaijan 2012”nin qalibi Aysel Manafova təmsil edəcək.