Türkiyədə azərbaycanlı qadınları zorla fahişəliyə cəlb edən şəxslər saxlanılıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bir qrup şəxs internetdən tanış olduqları azərbaycanlı 2 qadını uşaq baxıcılığı etmələri adı ilə Türkiyəyə gətirdib. Daha sonra həmin qadınları təhdidlə fahişəlik etdirən 4 nəfər ələ keçirilib.
Azərbaycanlı qadınlardan başqa daha bir qadının da fahişəliyə məcbur edildiyi məlum olub. Şəbəkənin digər bölgələrdə də qollarının olduğu məlum olub. Təhlükəsizlik orqanları bu əməliyyatı həyata keçirmək üçün həmin dəstəni 6 ay təqib edib.
Polisə ifadə verən dəstə üzvləri etdikləri əməllər barədə danışıblar: “Uşaq baxıcılığı işi adı ilə qadınları Türkiyəyə gətirtdik. Onlara yaxşı maaş veriləcəyini deyirdik”.
Polisə ifadə verən azərbaycanlı qadınlar isə çox çətin şərtlərdə yaşadıqlarını bildiriblər. İnternetdə tanış olduğu adamın onlara yüksək maaş vəd etdiyini deyən qadınlar həmin şəxsin təyyarə biletini də göndərdiyini söyləyiblər. Mətanət Həsənova Türkiyəyə gəldikdən 2 gün sonra şəbəkənin tələsinə düşdüyünü deyib:
“Uşağım xəstə olduğu üçün bura pul qazanmağa gəldim. Mənə uşağa baxacağımı demişdilər, ancaq fahişəlik etdirdilər. Əvvəl etmək istəmədim, amma məcbur olduğum üçün səsimi çıxarmayıb etdim”.
Qadınları fahişəliyə cəlb edən şəxslər isə məhkəməyə çıxarılıb və haqlarında həbs-qətimkan tədbiri seçilib.
E.Ə.
www.oxu.az