Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan Şəki rayon sakini, 1965-ci il təvəllüdlü Səmədova Nərgiz Əlisar qızının məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Azad Məcidov sədrlik edib.
Qeyd edək ki, bu il mart ayının 26-da İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səmədovanın qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması aşkar edilib. Törətdiyi əmələ görə ona Cinayət Məcəlləsinin 144-1 maddəsi (insan alveri) ilə ittiham irəli sürülüb.
Məhkəmənin hökmü ilə N.Səmədova 4 il müddətinə azadlıqdan məhrum edilib.