Rusiyanın Miassa şəhərində qanunsuz yaşayan Azərabycan vətəndaşı sahə müvəkkilinə rüşvət vermək istəyib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, 51 yaşlı kişi müəyyən müddət ərzində Miassa şəhərində qeydiyyatsız yaşayıb. Bu fakt “Severnı” polis şöbəsinin sahə müvəkkili tərəfindən aşkar edilib. Daha sonra bu ərazidə qeyri-qanuni yaşayan şəxs inzibati protokolun tərtib edilməsi üçün polis bölməsinə dəvət edilib.
Məsuliyyətdən yayınmaq və vətənə geri qaytarılmaması üçün Azərbaycan vətəndaşı sahə müvəkkilinə iki min rubl məbləğində rüşvət təklif edib.
Bu hərəkətinə görə ona qarşı RF CM m.291.b.3 (vəzifəli şəxsə rüşvət vermək) üzrə ittiham irəli sürülüb.
Cinayət işi şəhər prokurorluğunua verilib. Bu maddə ilə nəzərdə tutulan maksimal cəza 8 il müddətinə azadlıqdan məhrum etmədir.