Rusiya Federasiyası Tatarıstan Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat katibi kütləvi dava barədə məlumat verib. Qarşıdurma Azərbaycan və Tacikistan vətəndaşları arasında olub.
Oxu.Az Lenta Kazan-a istinadən xəbər verir ki, şayiələrə görə, əlliyə yaxın azərbaycanlı dəyənəklə silahlanaraq klubda dincələn taciklərə hücum ediblər. Davanın səbəbi bir həftə bundan öncə taciklərin hücumunun intiqamı olub.
Şahidlər dalaşanları ayırmağa çalışıblar, amma bunun mümkün olmadığını gördükdə polis və təcili yardım çağırıblar. Zərərçəkənlərdən bir neçəsi Kazan şəhər xəstəxanasına yerləşdirilib.
Hal-hazırda polis hücumun kimin təşkil etdiyini araşdırır. Günahkarların cəzasını isə məhkəmə təyin edəcək.