Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitə keçirilməsi cəhdinin qarşısı növbəti dəfə alınıb.
Oxu.Az Pentensiar Xidmətdən əldə etdiyi məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Şamil Əkbər oğlu Hüseynova qardaşı oğlu, 1991-ci il təvəllüdlü İmanov Natiq Vaqif oğlunun gətirdiyi sovqata baxış keçirilib.
“Baunti” şokolad konfetlərinin 2 ədədinin içərisində gizlədilmiş 3(üç) ədəd bükümdə xalis çəkisi 9,291 qram olan narkotik maddə - “tiryək” aşkar olunaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Elvin Əhmədov
www.oxu.az