Gürcüstan prezidenti Mixeil Saakaşvili ümid edir ki, gürcülərin gənc nəsilləri heç zaman “nə Avrasiya İttifaqında, nə də erməniləşmiş Gürcüstanda deyil, Avropada yaşayacaqlar”.
Müvafiq bəyənatı Saakaşvili oktyabrın 12-də, Tbilisidə onun adını daşıyan və tikilməkdə olan prezident kitabxanasının qarşısında çıxışı zamanı səsləndirib, Oxu.Az Regnum-a istinadən xəbər verir.
Prezidentlə birlikdə kitabxanaya Mixeil Saakaşvilinin müəllimi adlandırdığı və gənc nəsillərin azadlıq və demokratiya ruhunda tərbiyələndirilməsinə görə Müqəddəs Georgi Ordeni verdiyi Gela Çarkviani də gəlib.
“O (Gela Çarkviani), bir çox nəsilləri azadlıq, demokratiya və liberalizm ruhunda tərbiyələndirib, həmin vaxtda ki, bu sözlər bizim yaşadığımız və sizin yaşamalı olmadığınız ölkədə çox təhlükəli və dəbdə deyildi.
Ümid edirəm ki, siz heç zaman nə belə bir ölkədə, nə Avrasiya İttifaqında, nə də erməniləşmiş xarici siyasəti olan ölkədə yaşayacaqsınız. Biz Avropada yaşayacağıq” – deyə, Mixeil Saakaşvili kitabxananın önündə toplaşmış gəncləri əmin edib.