Moskvada banklara üç qarət hadisəsi olub. Cinayətkarlar milli valyuta ilə 1 milyon yarım pul oğurlayıblar.
Oxu.Az “MİR24”ə istinadən xəbər verir ki, qarətçi dəstə saxlanılıb.
Volqoqrad şəhər sakinləri və əslən azərbaycanlılardan ibarət dəstə tapança və bıçaqlardan istifadə edərək maliyyə-kredit idarələrini qarət ediblər. Onlar kassaların açılmasını tələb edir və hadisə yerindən maşın ilə qaçaraq gizləniblər. Nəticədə məhz həmin avtomobil onların yerini aşkar etməyə yardım edib.
“Əməliyyat-axtarış tədbirləri zamanı Moskva Cinayət Axtarışı İdarəsinin 18-ci bölməsinin əməkdaşları İzmayılovski şossesi ev №57-nin yaxınlığında cinayətkarların istifadə etdikləri maşını tapıblar.
Baxış zamanı maşının salonunda pnevmatik və qaz tapançası aşkar olunaraq müsadirə edilib”, - Şöbənin mətbuat katibi Marqarita Maslova danışıb.
Hal-hazırda saxlanılan şəxslərin digər cinayətlərdə iştirakı müəyyənləşdirilir.
