Bakıda polis əməkdaşı ilə mübahisə edənlər saxlanılıb.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Q.Şərq küçəsində Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Təbriz Lətifzadə idarə etdiyi 90 UE 550 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı avtomobillə xidmətdə olan Polis Bölməsinin əməliyyat müvəkkili, polis serjantı 1990-cı il təvəllüdlü Rauf Novruzovun üzərinə yola yığılan suyu sıçradıb və R.Novruzov buna etiraz edib.
T.Lətifzadə və sərnişini, qardaşı 1983-cü il təvəllüdlü Rafiq polislə mübahisə edərək onu döyüblər.
Qardaşlar saxlanılıb.
E.Ə.
www.oxu.az