Zavoddan oğurluq edən şəxs saxlanılıb.
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 17-də “Bakı Mis Emalı” zavodundan 26 ton mis xammal oğurlamış şəhər sakini Elçin Qərənizadə tutulub.
Faktla bağlı araşdırma aparılır.