“Vulkan” istirahət mərkəzində kütləvi dava baş verib.
Oxu.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, kütləvi dava və bıçaqlaşma hadisəsi nəticəsində ölən və yaralananlar var.
İstirahət mərkəzinə hadisədən sonra çox sayda polis əməkdaşları gəlib.
23:16
Bu gün saat 21:35 radələrində Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Hadisə “Vulkan” istirahət mərkəzində baş verib. Kişi qohumu olan qadını burada yerləşən motelə gətirərək qətlə yetirib.
Cinayətdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Hadisənin təfərrüatları araşdırılır.