Bakıda şirkət direktoruna qarşı külli miqdarda dələduzluq edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, “Medisan” MMC-nin direktoru, 1976-cı il təvəllüdlü Üzeyir Əfqan oğlu Cəfərov polisə ərizə ilə müraciət edərək bildirib ki, ötən ilin mart ayında Mətin Oqtay oğlu Bayramov satmaq adı ilə ondan 54 min manat dəyərində dərman preparatı alıb.
Lakin M.Bayramov Ü.Cəfərova qarşı dələduzluq edib.
Faktla bağlı araşdırma aparılır.