Bakı sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Həsənovdan 700,017 qram tiryək müsadirə olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.