Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakı və Salyanda 41 kq narkotik dövriyyədən çıxarıldı
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini fasiləsiz davam etdirirlər.
Oxu.Az DİN-ə istinadən xəbər verir ki, Bakı şəhəri və Salyan rayonunda keçirilən növbəti əməliyyatlar zamanı əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş 1998-ci il təvəllüdlü Elgün Məmmədov və 2002-ci il təvəllüdlü Rəşad Süleymanov saxlanılıblar. Onlardan ümumilikdə 41 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
E.Məmmədov və R.Süleymanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
- Daxili İşlər Nazirliyindən sürücülərə XƏBƏRDARLIQ
- Sosial xidmət müəssisələrindəki xidmətlərin keyfiyyətinə nəzarət üçün Monitorinq qrupu yaradılacaq
- Vilayət Eyvazov polislərə vətəndaşlarla bağlı TƏLƏB QOYDU
- Nəsimi rayonunda polis əməliyyatı: 21 kiloqram narkotik vasitə aşkarlanıb