Bakıda 23 yaşlı qızı qətlə yetirən şəxs həbs edilib.
Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 27-də Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Şəms Daşdəmir qızı Abdullayevanı bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Xəlilova tutulub.
11:57
Noyabrın 27-də təxminən axşam saat doqquz radələrində Xəzər rayonunda qətl hadisəsi törədilib.
Cinayətin qurbanı Binə qəsəbəsinin 23 yaşlı sakini Abdullayeva Şəms Daşdəmir qızı olub.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Xəzər rayon Polis İdarəsində bildiriblər.
Fakt üzrə şübhəli bilinən şəxsi səhərə yaxın saxlayıblar.
Bu, 15 yaşlı yerli sakin Aydan Xəlilovadır. Məlumdur ki, Xəlilova Abdullayeva ilə birlikdə Binə qəsəbəsində kirayə qalıblar.
Qızlar kafedə ofisiant işləyirdilər. Dünən axşam onlar evə taksi ilə qayıdarkən aralarında münaqişə baş verib. Münaqişə nəticəsində ön oturacaqda oturan Xəlilova cibindən bıçaq çıxarıb rəfiqəsinin düz ürəyinə sancıb.
Məlumdur ki, münaqişə zamanı Xəlilova sərxoş olub. Cinayətdən dərhal sonra Xəlilova qaçıb gizlənib.
Qətlin şahidi olan taksi sürücüsü isə qorxub. O, can verən Abdullayevanı hadisə yerində qoyub gedib. Yeri gəlmişkən bildirək ki, taksi sürücüsü də tapılıb.
Qəsdən adam öldürmə faktı üzrə cinayət işi açılıb. İstintaq davam edir.