Bu gün Bakının Nizami rayonunda, 10 saylı məktəbin həyətində 23 yaşlı Famil Gülüşov bıçaqlanıb.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Nizam rayon Polis İdarəsindən gəncin bədənində iki bıçaq yarasının aşkarlandığını bildiriblər.
Maraqlıdır ki, müəllimlər Gülüşovun əvvəllər onların şagirdi olduğunu, bu məktəbin məzunu olduğunu müəyyənləşdiriblər.
İlkin məlumatlara görə, qətli törətmiş şəxs artıq saxlanılıb, lakin onun adı açıqlanmır.
Bildirilir ki, qətl 50 manat məbləğində borca görə törədilib.
Faktla bağlı araşdırma davam edir.