Bakıda 30 min ABŞ dollar dəyərində oğurluq hadisəsi törədilib.
Bu barədə Oxu.Az-a DİN-dən bildiriblər.
Məlumata görə, fevralın 10-da Bakı şəhər sakini Rəşad Kərimova məxsus evin zirzəmisindən 30000 ABŞ dolları dəyərində avadanlıq və inşaat materialları oğurlanıb.
Məlumata görə, fevral-ın 11-də Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Kərimova məxsus evin zirzəmisindən oğurluq edən paytaxt sakini Elşad Kərimov tutulub.