Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda 32 yaşlı kişini döyüb başından bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB
Bakının Sabunçu rayonunda şəxsi münasibətlər zəminində 1991-ci il təvəllüdlü Əlyar Mirzə oğlu Əsgərovu döydükdən sonra başına bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ələsgər Tağıyev müəyyən olunaraq saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Müvafiq ekspertizalar təyin olunub. Məsələ ilə bağlı hazırda təhqiqat araşdırması aparılır.
09:12
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əlyar Mirzə oğlu Əsgərov əvvəlcə döyülüb, sonra bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş nahiyəsində kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
"DİN" teqi üzrə xəbərlər
- Göyçayda narkotikin təsiri altında sərnişindaşıma ilə məşğul olan sürücü həbs olunub
- SON DƏQİQƏ: Hüquq-mühafizə orqanları cərrahlarla bağlı YOXLAMALARA BAŞLAYIR
- Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirilib
- Bakıda kəsici alətlə evə hücum edən şəxs saxlanıldı
- Tanınmış vəkilin hesabları ələ keçirildi: Adından pullar YIĞILIR