Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, 1972-ci il təvəllüdlü Müşviq Nəcəfov çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Yaralı xəstəxanaya gətirilərkən APA-nın xəstəxanada olan əməkdaşına bildirib ki, onu dostu öz maşınında bıçaqlayıb. Müşviq Nəcəfov dostu ilə yeyib-içdikdən sonra onun maşını ilə gedib. Ramana qəsəbəsi ərazisində dostlar arasında mübahisə yaranıb. Dostu maşındakı bıçaqla Müşviqə baş və qarın nahiyəsindən çoxsaylı zərbələr vurub.
Müşviq Nəcəfov dostunun adını açıqlamaqdan imtina edib. Hadisəni törədən şəxs isə qaçıb.
Hazırda yaralı əməliyyat olunur. Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.