Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda 44 yaşlı qadını qaçırdılar - SAXLANILAN VAR
Mayın 19-da Xəzər rayonu Şüvəlan qəsəbəsində bir qadının zorla avtomobilə otuzdurularaq qaçırılması barədə sosial şəbəkədə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Oxu.Az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 44 yaşlı qadına zor tətbiq edərək qaçıran şəxs müəyyən olunub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunmuş 39 yaşlı Azər Quliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
❗️ Xəzər rayonunda 44 yaşlı qadını qaçıran şəxs tutulub pic.twitter.com/hUHiNEToLa
— Oxu.Az (@oxuaz) May 21, 2025
Aqil Vəlili