Paytaxtın Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Pirşağı qəsəbəsi, “Lager” düşərgəsində qeydə alınıb.
1970-ci il təvəllüdlü İsmayılov Elçin Şirindil oğlu yaşadığı binanın yaxınlığında tanımadığı şəxslərlə mübahisə zəminində döyülüb.
Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli