Təxminən bir saat öncə Bakının Yasamal rayonu ərazisində, “Lider” telekanalının binasının yaxınlığında "Honda" və "Hyundai" markalı avtomobil toqquşub.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, zərbənin təsirində “Honda" markalı maşın yoldan çıxıb, hətta arxa qapıları yerindən qopub.
Digər avtomobilə də ciddi ziyan dəyib.
Qəza zamanı xəsarət alan var. Hadisə yerinə iki evaukator və yol polisi gəlib.
Hadisənin səbəbi aparılan araşdırmalardan sonra bəlli olacaq.