Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi
Bu ilin aprel ayında Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayonda, Cavadxan küçəsində həyat yoldaşını 19 bıçaq zərbəsi ilə qətlə yetirən 1979-cu il təvəllüdlü R.Qəhrəmanova (soyad şərtidir) hökm oxunub.
Publika.az-ın əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 45 yaşlı şəxsə bir il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun cinayəti affekt vəziyyətində, ağır ruhi həyəcan halında törətməsinə dair rəy verilib.
Araşdırmalar zamanı məlum olub ki, R.Qəhrəmanov Azərbaycanda fəaliyyət göstərən ən böyük mebel şirkətlərindən birində yüksək vəzifədə çalışırmış. İstintaq zamanı onun həyat yoldaşı A.Qəhrəmanovanın yaşadığı binada üzbəüz qonşu olan digər kişi ilə gizli sevgi yaşaması, aralarında görüşlərinin olması, qadının hər gün öz evində yemək bişirərək ona göndərməsi, həmin şəxsin istəyi ilə bədəninin müxtəlif yerlərinə pirsinq etdirməsi məlum olub.
Arvadının xəyanətindən şübhələnən R.Qəhrəmanov bir neçə dəfə onunla mübahisə edib, lakin sevdiyi üçün bağışlayıb. Daha sonra arvadının telefonuna baxarkən sevgi mesajları görüb və onun xəyanət etdiyinə tam əmin olub.
Qətlə yetirilən A.Qəhrəmanovanın valideynləri R. Qəhrəmanovdan şikayətçi olmadıqlarını, qızlarının qətlinə görə onu günahkar görmədiklərini bildiriblər.
"Qadınlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- İngiltərəli hakim HƏBS EDİLDİ - Təcavüzdə ittiham edilir
- Ukraynadan sonra suya düşən planlar: Qərbin baş tutmayan "inqilab ssenarisi"
- 13 yaşlı qıza təcavüzdə ittiham olunan reperlər Jay-Z və Diddinin işində gözlənilməz dönüş
- Arvadını üzqırxana görə döyən şəxsə hökm oxundu
- Kreml bu dəfə kimin başını yeyəcək?