Bakıda ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1958-ci il təvəllüdlü Abbasağa Əbülfəz oğlu İzətullayev müəyyən olunaraq tutulub.
Şübhəli şəxsin üzərindən 0,744 qram tiryək aşkar olunaraq götürülüb.
