İyulun 30-da Bakının Nərimanov rayonunda yerləşən “Unibank”ın Əcəmi filialında Ofeliya Haqverdiyeva və Mətanət Novruzova saxlanılıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, qadınlar bank işçisinə 1 ədəd 50 manatlıq saxta əskinas vermək istəyiblər.
Onlar Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 19-cu PB-yə təhvil verilib.
E.Ə.
www.oxu.az