Bakı Baş Gömrük İdarəsinə heç bir basqın və silahlı insident olmayıb. Bununla bağlı bəzi media orqanlarında yazılanların əsası yoxdur və yalandır.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Bakı Baş Gömrük İdarəsindən bildirilib.
Məlumatda qeyd olunub ki, bu barədə yayılmış məlumatlar dəqiqləşdirilməmiş və həqiqətdən uzaqdır.
Qeyd edək ki, bu gün bəzi saytlarda Bakı Baş Gömrük İdarəsinə basqın edilməsi, silahlı insident baş verməsi və bir əməkdaşının yaralanması, seyfdən pul aparılması barədə məlumat yayılıb.
13.20
Bir neçə gün öncə paytaxtın mərkəzində ofisə basqın olub.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə fevralın 28-i saat 22 radələrində baş verib.
Naməlum şəxs Nəsimi rayonu, Kovereçkin küçəsində yerləşən Gömrük Komitəsinin inzibati ofisinə basqın edib.
O, Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Ərfatsiyad Babayevi sol çiynindən güllələyib. Bundan sonra seyfdən 102 min manat pulu götürüb və ofisin arxa qapısından çıxaraq oradan uzaqlaşıb. Ə.Babayev xəstəxanaya daxil olub, vəziyyəti ağırdır.
Məlumata görə, Ə.Babayev Gömrük Komitəsində işləyir.
Nəsimi Rayon Prokurorluğundan bildirilib ki, iş Bakı Şəhər prokurorluğuna verilib.
E.Ə.
www.oxu.az