Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda bıçaqlanmış meyit tapılıb – FOTO
Bakının Sabunçu rayonu, “Koroğlu” metrostansiyası yaxınlığındakı evlərin birində kişi meyiti tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, sözügedən ərazidə yaşayanlar qonşuluqdakı evdən kəskin iy hiss etdiklərindən polisə məlumat veriblər.
Əraziyə gələn Sabunçu polisi İltifat Mehrəliyevi yaşadığı evdə ölü tapıb. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, İltifat Mehrəliyev qarın və boğaz nahiyəsindən bıçaq zərbələri alaraq qətlə yetirilib.
Mərhumun oğlu Əliyar Mehrəliyevin verdiyi məlumata görə, o atasının ölüm xəbərini polislərdən öyrənib. O, atasının naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirildiyindən şübhələndiyini bildirib. Ə.Mehrəliyevin sözlərinə görə, fəhlə işləyən atası ilə hadisədən 10 gün öncə görüşüb.
Meyit ekspertiza olunmaq üçün Sabunçu rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi araşdırır.
"Bakı" teqi üzrə xəbərlər
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib