Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda bir ailə bıçaqlandı – YENİLƏNİB
Bakının Xəzər rayonu ərazisində ailə faciəsi baş verib, nəticədə bir nəfər ölüb dörd nəfər yaralanıb.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Xəzər rayon polis idarəsində bildiriblər.
Cinayət dünən gecə saat 12-də Şağan qəsəbəsində baş verib. Ölən 1965-ci il təvəllüdlü Abdullayeva Ülkər Eynulla qızı olub. Qətlə yetirilənin bədənində pataloqoanatomlar 10 bıçaq yarası sayıblar. Qadın xəstəxanada keçinib.
Cinayətdə 1991-ci il təvəllüdlü Qədişov Nahid Vahid oğlu ittiham edilir. Bundan başqa saxlanılan şəxsin qardaşı Cahid Qədişov və ölənin oğlu Rəhman Abdullayev, və daha iki nəfər də bıçaq yaraları alıb.
İlkin istintaq zamanı müəyyən edilib ki, ailə münaqişəsi qətldən bir gün öncə başlayıb.
Ülkər Abdullayevanın oğlu toydan evə gec saatlarda, səhərə yaxın qayıdıb- buna görə həyat yoldaşı ona irad tutub. Bunun əsasında münaqişə başlayıb. Bu münaqişəyə nəinki oğlanın valideynləri, hətta qızın valideynləri belə qarışıb.
Münaqişə zamanı hər iki ailənin ünvanına təhqirlər yağıb. Bu barədə isə gəlin öz valideynlərinə danışıb.
Onlar isə özlərini çox gözlətmədən qudalarının evində peyda olurlar. Qarşılıqlı ittiham və təhqirlər davam edir, qohumlar münasibəti aydınlaşdırmamış ayrılırlar.
Səhərisi gün Abdullayevlərin evinə gəlinin qardaşları, atası və digər qohumlar gəlir. Qalmaqal davam edir. Münaqişə isə Nahid Qədişovun bıçaqla bacısının qaynanasını öldürməsi, qaynını yaralanması ilə nəticələnir. Hətta öz qaynatası və qardaşı Cahid Qədişovu da yaralayır. Onlar səs-küyü yatırmağa, münaqişə edənləri sakitləşdirməyə çalışırdılar.
Hal-hazırda bütün zərərçəkənlər 3 saylı şəhər kliniki xəstəxanasındadırlar.
Fakt üzrə istintaq davam edir.
11:24
Bakıda qətl hadisəsi törədilib.
Oxu.Az-ın aznews.az-a istinadən məlumatına görə, ötən gecə saat 21.00 radələrində Xəzər rayon Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 88-də 1965-ci il təvəllüdlü Abdullayeva Ülkər Eynulla qızı, 1962-ci ildə doğulan Abdullayev Tərlan Rəhman oğlu, onun övladı 1987-ci il təvəllüdlü Abdullayev Rəhman Tərlan oğlu və 1988-ci ildə doğulmuş Qədəşov Cahid Vahid oğlu naməlum şəraitdə bıçaqlanıb.
Onlar ağır vəziyyətdə Sabunçu xəstəxanasına yerləşdiriliblər.
Bıçaqlanan şəxslər dərhal cərrahi əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq Abdullayeva Ülkər Eynulla qızı dünyasını dəyişib.
Hadisənin Ü.Abdullayevanın həyat yoldaşı tərəfindən törədildiyi ehtimal olunur.
"Bakı" teqi üzrə xəbərlər
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək