Bakıda qətl hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Nizami Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Naxçıvanski küçəsində qeydə alınıb. 8 km bazarında işləyən yoldaşlar əvvəl yeyib içiblər.
Kəlbəcər rayon sakini Aqşin Abdullayev bazarda avtomobil gözətçisi işləyən Heydər Ağayevə başı ilə yalnız bir zərbə vurduğundan başqa heç nə xatırlamadığını deyir.
İstintaqla müəyyən olunub ki, Aqşin Ağayev yerə yıxılandan sonra onun baş nahiyəsinə də təpiklə zərbələr endirib. Ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Nizami rayon prokurorluğu tərəfindən qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.