Bakıda törədilmiş silahlı insidentin təfərrüatları məlum olub. Peşəkar idmaçıların iştirak etdiyi davada bıçaq, tapança işə düşüb.
Oxu.Az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Biləcəri qəsəbəsində peşəkar boksçşular arasında dava düşüb. Dava zamanı 33 yaşlı Fərid Həsənov, onun 37 yaşlı qardaşı Şəhriyar bıçaqlanıb. Bıçaq Fəridin arterial qan damarını kəsdiyindən həyatını xilas etmək mümkün olmayıb. Şəhriyar isə xəstəxanaya yerləşdirilib.
Qardaşları bıçaqlayan Samir Həsənov da peşəkar boksçudur. Dövlət Gömrük Komitəsinin mühafizəçisi işləyən Samirlə qardaşlar arasında mübahisə düşüb. Mübahisəyə isə deyilənə görə, tərəflərdən birinin digərinin arxasınca danışması səbəb olub. Mübahisə zamanı onlar bir-birinə qarşılıqlı söyüş söyüblər. Bu zaman Samir cibindəki bıçağı çıxararaq qardaşları vurub.
Şəhriyar isə pnevmatik tapança çıxararaq Samirə bir neçə dəfə atəş açıb. Tapançanın kürəcikləri Samirin bədəninin müxtəlif yerlərinə dəyib.
Onu da əlavə edək ki, hər üç şəxs bir idman zalında məşq edirlər.
12:58
Bakıda qətl hadisəsi törədilib. 36 yaşlı kişi bir qardaşı qətlə yetirib, digərini isə bıçaqlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, iyulun 12-də Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində qəsəbə sakinləri 1981-ci il təvəllüdlü Fərid Həsənov boyun nahiyəsindən (odlu silahla yetirilmiş xəsarətə xarakterik), 1977-ci il təvəllüdlü qardaşı Şəhriyar isə qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. F.Həsənov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törədən qəsəbə sakini, 1978-ci il təvəllüdlü Samur Həsənov tutulub.