Bakıda oteldə oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də Natəvan küçəsində yerləşən oteldə Sinay Nasimovanın otağından açarseçmə yolu ilə ona məxsus brilyant üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Faruk Məmməd oğlu Sadıqov tutulub.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az