Bakıda içində külli miqdarda pul olan seyf oğurlanıb.
Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə oktyabrın 2-də baş verib. 1992-ci il təvəllüdlü Abdulbağıyev Mahmud İsaq oğlu Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, naməlum şəxslər ona məxsus olan və Məhəmmad Hadi küçəsi 65 ünvanında yerləşən “İkyüz” çay evinə soxulub.
Gecə saatlarında obyektin pəncərəsini sındıran naməlum şəxs və ya şəxslər oradan seyfi götürərək uzaqlaşıblar.
Seyfdə ümumilikdə 9500 manaе və 7 min dollar pul olub.
Hazırda faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
www.oxu.az