Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü - TƏFƏRRÜAT
Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Oxu.Az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, 33 yaşlı Murad Əmirov atasını qətlə yetirməkdə şübhəli bilinir.
Hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsində qeydə alınıb.
Yaxınlarının bildirdiyinə görə, Murad Əmirovun müəyyən psixoloji problemləri olub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 20-də qeydə alınıb.
1992-ci il təvəllüdlü Murad Nizami oğlu Əmirov atası Nizami Əmirovla mübahisə edib. Mübahisə nəticəsində M.Əmirov atasını səkkiz bıçaq zərbəsi ilə qətlə yetirib.
M.Əmirov Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Aqil Vəlili
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Məhkəmə yeddinci dəfə ərə getmək istəyən bacısını güllələyən yeniyetmə barədə qərar verdi
- Almaniya kansleri İsrail diplomatlarının qətlinə reaksiya verdi
- Yanukoviçin keçmiş müşavirinin qətli mütəşəkkil cinayətlə əlaqəli ola bilər
- Təbrizdə dəhşətli qətl: Kişi həyat yoldaşını öldürdü, qızını yaraladı
- Yevlaxda qəbiristanlıqda baş verən qətl: Xaricdə gizlənən qatillərdən biri ağır cəza aldı