Bakıda polis yanvarın 7-də 23 dilənçini saxlayıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, dilənçiliklə məşğul olduqlarına görə Çevik Polis Alayı və Binəqədi RPİ 5-ci PB əməkdaşları tərəfindən 4 nəfər, Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən 3 nəfər, 20-ci PB əməkdaşları tərəfindən 3 nəfər, 22-ci PB əməkdaşları tərəfindən isə 13 nəfər saxlanılıb.
Onlar xəbərdarlıq edildikdən sonra buraxılıblar.