Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 maddələri ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum İlqar Oqtay oğlu Quliyevin yanına qısa müddətli görüşə gəlmiş atası Oqtay Bəbəş oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilərkən iki ədəd toyuğun içərisində gizlədilmiş qara rəngli “Nokia-1280” və “Nokia-C5” markalı işlək vəziyyətdə olan mobil telefon aparatları aşkar edilərək götürülüb, Oxu.Az Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
Fakt üzrə araşdırma aparılır.
