Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda ərini öldürən qadın hökmdən narazıdır
Ali Məhkəmədə Bakıda ərini öldürməkdə təqsirləndirilən Gülnar Vəlizadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Vəlizadə doqquz il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Qeyd edək ki, hadisə 2022-ci ilin yanvarında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
G.Vəlizadəyə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Əvəz Zeynallı azadlığa buraxıldı - İLK FOTOLARI
- Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: "Pulu müalicəmə xərclədim"
- Məhkəmə Əvəz Zeynallı ilə bağlı növbəti qərarı verdi
- "Tərtər işi" ilə bağlı ittiham olunanlar və zərərçəkənlər işə xitam verilməsini istəyiblər
- Yetkinlik yaşına çatmayan övladını oğurluğa cəlb etdi: Ali Məhkəmədən ağır cəza