Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda evdən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən saxlanıldı
Paytaxtın Sabunçu rayonunda yerləşən evlərin birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində yerləşən və xüsusi texniki vasitələrlə qorunan mənzildən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə həyəcan siqnalı daxil olub. Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar.
Baxış zamanı evin içərisində olan naməlum şəxs hadisə yerindən qaçmağa çalışıb. Onun bu cəhdinin qarşısı mühafizə polislərinin çevik reaksiyası nəticəsində alınıb. Həmin şəxs əvvəllər məhkum edilmiş Zamin Məmmədov saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə təhvil verilib.
Saxlanılan şəxsin üzərindən 2 ədəd kəsici alət də aşkarlanaraq maddi sübut kimi götürülüb.
Z.Məmmədovun analoji cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Sumqayıtda mənzillərin su sayğaclarına qənim kəsilən şəxslər SAXLANILDILAR
- Son bir gündə vətəndaşların bank kartlarından 21 394 manat oğurlanıb
- "Özündə olmayıb" üç dəfə oğurluq etdi
- Masazırda köşkə bıçaqla basqın edən şəxslər SAXLANILDILAR
- Binədə marketlərdən 54 min manatlıq naqil oğurlayan şəxslər saxlanıldılar