Azərbaycanda gecə klubunda 24 yaşlı oğlan qətlə yetirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Naxçıvani küçəsi-13 ünvanında yerləşən ”MAC” gecə klubunda qeydə alınıb.
1993-cü il təvəllüdlü Kamran Ənvər oğlu Həsənov aralarında yaranan münaqişə zəmində 1989-cu il təvəllüdlü Səttar Məmmədzadəni bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən Ə.Həsənovun tutulmasında istiqamətində iş aparılır.
Faktla bağlı araşdırma aparılır.