Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Maştağada 21 yaşlı gənc özündən 16 yaş böyük kişini niyə öldürdü? - Hadisə yerindən GÖRÜNTÜLƏR
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş vermiş qətlin bəzi detalları məlum olub.
Xezerxeber.az-ın məlumatına görə, 21 yaşlı Məmmədəli Əmirxanov aralarında yaranmış mübahisəyə görə özündən 16 yaş böyük Səid Əhmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürməkdə şübhəli bilinir.
Qeyd edək ki, Məmmədəli Əmirxanov hadisəni törətdiyi mənzildə anası ilə yaşayırmış. Səid Əhmədov isə Maştağa qəsəbəsində usta kimi çalışırmış.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Oktyabrın 13-ü gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Səid Əhmədova kəsici alətlə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Bıçaqlanma hadisəsi" teqi üzrə xəbərlər
- 13 yaşlı rusiyalı qızın dəhşətli cinayəti: Bacılarını öldürməzdən əvvəl Cinayət Məcəlləsini oxuyub
- Goranboyda kişi qeyri-rəsmi münasibətdə olduğu qadını bıçaqladı
- Lənkəranda qadın bıçaqlandı: Əri saxlanıldı
- Gəncədə kişi və arvadı bıçaqlandılar: Biri öldü
- Bakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi
Rəylər