Bakının Nərimanov rayonunda bir nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən APA-ya bildirilib ki, sentyabrın 22-də axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisində 2004-cü il təvəllüdlü Kənan Abdullayevə kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Ülvi Məmmədli polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Xəlil Rza Ulutürk küçəsində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Kənan Abdullayev dava zamanı tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.
Rəylər