Bakının Suraxanı rayonunda qonaq ev sahibinin azyaşlı qızını bıçaqlayıb.
Oxu.Az-ın APA TV-yə istinadən verdiyi məlumata görə, Zirə qəsəbəsində yaşayan 24 yaşlı Seymur Məmməd oğlu Nəcəfov Suraxanı rayonu Xanlar Ələkbərov küçəsində yaşayan xalasının evinə qonaq gəlib.
14 yaşlı xalası qızının evdə tək olduğunu görən Seymur Nəcəfov ona qarşı seksual zorakı hərəkətlər edib.
Azyaşlı A.Ə. müqavimət göstərəndə Seymur ona bıçaqla xəsarət yetirərək boğmaq istəyib.
Bu zaman evə qızın valideynləri gəlib. Xalasının gəldiyini görən Seymur Nəcəfov evdən qaçıb. Azyaşlı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Növbətçi həkim İbrahim Mirzəliyevin sözlərinə görə, azyaşlıya bıçaqla 3 xəsarət yetirilib.
Həkim yaralı qızın boğazında da xəsarətlərin olduğunu bildirib. Hadisə yerindən qaçan Seymur Nəcəfov Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.
12:00
Dünən axşam saatlarında Suraxanı rayonunda 14 yaşlı qıza üç bıçaq zərbəsi vurulub.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Suraxanı rayon Polis İdarəsindən bildiriblər.
Yerli sakin 2000-ci il təvəllüdlü Musayeva Almaz Rövşən qızı, üç kəsilmiş-deşilmiş bıçaq yarası ilə şəhər kliniki xəstəxanasına yatırılıb.
İstintaq zamanı əməliyyatçılar qızın xalası oğlu 1990-cı il təvəllüdlü Nəcəfov Seymur Məmməd oğlunun izinə düşüblər. S.Nəcəfov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs polislərə bütün qadınların ölümə layiq olduqlarını bildirib. “Xalan qızına niyə bıçaqla hücum etdin?” sualına cavabında Nəcəfov, bütün qadınlara acıqlı olduğunu bildirib.
Onun sözlərinə görə, o, öz arvadından xəyanət üstündə ayrılıb, sonra isə kinini xalası qızından çıxıb. Amma istintaq orqanları baş verənlərin əsas səbəbini araşdırmaqda davam edirlər, çünki saxlanılan şəxsin əlaqəsiz nitqi onlara inandırıcı gəlmir.
Məlumata əsasən Nəcəfovun azyaşlı övladı var.
Ağır bədən xəsarəti yetirmə faktı üzrə cinayət işi açılıb.
09:30
Suraxanı rayonunda qonaq ev sahibinin azyaşlı qızını bıçaqlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Zirə qəsəbəsində yaşayan 24 yaşlı Nəcəfov Seymur Məmməd oğlu Suraxanı rayonu Xanlar Ələkbərov küçəsində yaşayan xalasının evinə qonaq gəlib. 14 yaşlı xalası qızının evdə tək olduğunu görən Seymur Nəcəfov ona qarşı zorakılıq hərəkətləri etməyə başlayıb.
Qız müqavimət göstərəndə Seymur ona bıçaqla xəsarət yetirərək boğmaq istəyib.
Bu zaman evə qızın valideynləri gəlib. Xalasının gəldiyini görən Seymur Nəcəfov evdən qaçıb. Azyaşlı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı azyaşlı qızda 3 bıçaq xəsarəti aşkarlanıb.
Həkim yaralı qızın boğazında da xəsarətlərin olduğunu bildirib. Hadisə yerindən qaçan Seymur Nəcəfov Suraxanı rayon Polis İdarəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanıb araşdırmalar davam edir.
E.Ə.