Bu gecə saat 01:32-də Bakının Nizami rayonunda 30 yaşlı qadın bıçaq xəsarəti alıb.
Oxu.Az xəbər verir ki, Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Naxçıvanski 15 ünvanında yaşayan Zarina Əfsəl qızı Orucova döş qəfəsindən aldığı bıçaq xəsarətlərilə xəstəxanaya yerləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, qadın həyat yoldaşı ilə mübahisə edib. Daha sonra özünü sinəsindən bıçaqlayıb.
Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.