Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda Haqverdiyevin “Bomba” hekayəsinin süjeti təkrarlandı
Noyabrın 4-də səhər saat 11 radələrində bütün paytaxt polisinin Aşura günü ilə əlaqədar olaraq məscidlərin yanında növbədə olan zaman, Xəzər rayon Buzovna qəsəbəsinin daha öncə də məhkum edilmiş sakini rayon polisinin 2-ci bölməsinin əməliyyatçılarını ayağa qaldırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Xəzər rayon Polis İdarəsində bildiriblər.
Əldə edilən məlumata görə “102” xidmətinə yerli sakin 1991-ci il təvəllüdlü Elşən Məmmədov zəng edərək xəbər verib ki, onun yaşadığı evdə bomba var. Amma tezliklə məlum olub ki, həyəcan siqnalı yanlış verilib, qeyd edilən ünvanda heç bir partlayıcı qurğu tapılmayıb.
İlkin istintaq zamanı məlum olub ki, polisə Məmmədov yox, onun anası zəng edib.
Qadın, “Bomba!” qışqıran oğlunun davranışından qorxduğunu bildirib.
Məlum olub ki, Məmmədov 23 illik ömrünün 9 ilini cəzaçəkmə müəssisələrində keçirib və bu yaxınlarda azad edilib. Məmmədovun öz sözlərinə görə, o “Bomba!” qışqıran zaman televizora baxırmış, anası isə onu düzgün anlamayıb...
"Bakı" teqi üzrə xəbərlər
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək