Azərbaycanda daha bir qadın alveri faktının üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Naxçıvan şəhər sakini Rahibə Əhmədova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.