Bakıda yaşayan homoseksual qaldığı evdə öldürülüb.
Oxu.Az xəbər verir ki, “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə fevralın 28-i saat 23 radələrində baş verib.
Cinsi azlıq nümayəndəsi olan Şəmkir rayon sakini 1987-ci il təvəllüdlü Bəxtiyar Əliyev çoxsaylı bıçaq xəsarəti alıb.
Onun meyiti A.Heydərov küçəsində kirayədə yaşadığı evdə aşkarlanıb.
Nərimanov RPİ 18-ci Polis Bölməsi tərəfindən araşdırmalar aparılır.
E.Ə.
www.oxu.az