Bakıda qətl törədilib.
Oxu.Az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 31-dən avqustun 1-ə keçən gecə Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri Sərxan Mahmudov və Zaur Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər.
Nəticədə xəstəxanaya yerləşdirilən yaralılardan S.Manafov orada dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.