Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Birgə yaşadığı kişiyə görə rəfiqəsini öldürüb basdırıbmış: İçki məclisindən sonra niyə qan tökülüb?
Bakıda baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki bağ evlərindən birində qeydə alınıb.
Lalə Vəliyeva 2009-cu ildən qeyri-rəsmi münasibətdə olduğu Valeh Məmmədovla rəfiqəsi, əvvəl məhkum olunmuş Zəminə Babayevanın evinə qonaq gəlib. İçki məclisindən sonra aralarında düşən mübahisə zamanı Zəminə Babayeva əvvəlcə rəfiqəsi Lalə Vəliyevanı, daha sonra isə onun sevgilisi Valeh Məmmədovu bıçaqlayıb.
"Gördüm, gəlir üstümə. Dedim, ay Zəminə xanım, nə olub? Sonra bıçağı üstümə atdı. İkinci dəfə üstümə atanda qoluma dəydi. 67 yaşım var, boksla məşğul olmuşam. Vurduğum adam ayağa dura bilməz. Xanım olduğuna görə itələdim, heç nə etmədim" , - deyə zərərçəkən Valeh Məmmədov deyib.
Həmçinin birlikdə yaşayan zərərçəkənlər də məhkumluq həyatı yaşayıblar.
2010-cu ildə Lalə Vəliyeva Valeh Məmmədovla birgə öz rəfiqəsini öldürüb, cəsədi gizlicə basdırsalar da, əməllərindən peşman olaraq təslim olublar.
Nəticədə onlara 12 il həbs qətimkan tədbiri seçilib.
Hazırda Lalə Vəliyeva Sabunçu Tibb Məntəqəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır, stabildir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Mərdəkan qəsəbəsində bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş 1973-cü il təvəllüdlü Zəminə Babayeva polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Ətraflı APA TV-nin süjetində:
Mərdəkan qəsəbəsində baş verən bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adamöldürmə cinayətinə görə məhkum olunmuş, 1973-cü il təvəllüdlü Zəminə Babayeva polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Araşdırmalar davam etdirilir.
Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü Lalə Qiyas qızı Vəliyeva rəfiqəsi ilə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb.
Həmin vaxt L.Vəliyevanın qohumu Valeh Məmməd oğlu Məmmədov da bıçaq xəsarəti alıb.
Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Rəylər