Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rəşad Sadıqov: "Rəqibi təhlil etmək baxımından müəyyən problemlərimiz var"
"Rəqibi təhlil etmək baxımından müəyyən problemlərimiz var".
"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif"lə oyun öncəsi mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis qarşılaşmanın gərgin idman mübarizəsi şəraitində keçəcəyini söyləyib:
"Vacib bir oyun üçün Moldovaya gəlmişik. Düşünürəm ki, oyuna yaxşı səviyyədə hazırlaşmışıq. "Şerif" ilk dəqiqələrdən "Zirə" üzərində təzyiq yaratmağa çalışacaq. Bununla belə, düşünürəm ki, komandamız buna hazırdır. Rəqibi təhlil etmək baxımından müəyyən problem yaşayırıq. Heyətlərinə bir sıra yeni futbolçular cəlb ediblər. Təbii ki, bu da müəyyən dəyişikliklərə səbəb olacaq. Azarkeşlər maraqlı oyuna şahidlik edəcəklər. Sürətli və dinamik görüş izləyəcəyik. Hər iki komanda üçün mövsümün ilk matçı olacaq".
Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif" - "Zirə" oyunu iyulun 11-i, saat 21:00-da "Şerif" İdman Kompleksində baş tutacaq.
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- "Mançester Yunayted"dən Avropa kubokları tarixində unikal nailiyyət
- UEFA Avropa Liqası: Dörd yarımfinalçıdan ikisi İngiltərə komandası oldu
- UEFA Avropa Liqası: Yarımfinala yüksələcək komandalar bəlli olacaq
- UEFA-nın 2024-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait bəlli olub
- UEFA Avropa Liqası: "Lion" - "Mançester Yunayted" oyununda dörd qol vuruldu