Bakıda əcnəbi ölkə vətəndaşının evindən külli miqdarda pul oğurlanıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib.
17-ci Polis Bölməsinə müraciət edən İsrail vətəndaşı, 1962-ci il təvəllüdlü Aleksandr Şaripov bildirib ki, mənzilin pəncərəsini sındırmaq yolu ilə daxil olan şəxs və ya şəxslər 13 500 manat, 10 min dollar və bahalı qol saatlarını oğurlayıb.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.