“Ədalət “ qəzetinin müxbiri oğurluğa məruz qalıb.
Oxu.Az xəbər verir ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə avqustun 30-u saat 21-dən 22-dək Vaqif prospekti 1-də yerləşən Zorqe parkının duracağında baş verib.
Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Bəhram Əhmədova məxsus Toyota markalı 10 LS 333 nömrəli avtomobilindən şüşəni sındırmaqla oğurluq edilib.
Maşının saxlanc yerindən 055 207 51 ** GSM nömrəsi, şəxsiyyət, sürücülük və müxbir vəsiqəsi oğurlanıb.
Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.
E.Ə.
www.oxu.az